EN

Moody’s: İslam bankçılığının tətbiqi Azərbaycan bank sektorunun kredit profilinə müsbət təsir göstərəcək

“İslam bankçılığı pəncərələri Azərbaycan bank sektorunun kredit profilinə müsbət təsir göstərəcək”.

APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s” kredit reytinq agentliyindən bildirilib.

Agentlik qeyd edib ki, Azərbaycanın planlaşdırdığı İslam bankçılığı pəncərələrinin yerli banklar üçün yeni gəlir mənbələri yaradacaq.

Vurğulanıb ki, təklif olunan normativ dəyişikliklər bankların mənfəətliliyini, maliyyələşmə və likvidlik profilini gücləndirəcək. “Moody’s” bu təşəbbüsü bank sektoru üçün kredit baxımından müsbət amil (credit positive) kimi qiymətləndirib.

“Dəyişikliklər bank sektorunun gəlir strukturunun diversifikasiyasına və İslam prinsiplərinə əsaslanan məhsul və xidmətlərin genişlənməsinə imkan yaradacaq”- “Moody’s” əlavə edib.

Chosen
22
1
apa.az

2Sources