EN

Bakı 10 ay sonra istədiyini aldı: Moskvanın növbəti hədəfi nədir?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Son aylar Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan diplomatik gərginlik, qarşılıqlı etimadın azalması və informasiya müstəvisindəki qara təbliğat iki ölkə arasında soyuq bir mərhələnin yaşandığını göstərirdi.

Oktyabrın 9-da Düşənbədə Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü və burada aparılan müzakirələr münasibətlərin normallaşacağı, müsbət fazaya keçəcəyinə ümudləri artırdı.

Putin-Əliyev görüşündən sonra iki ölkə arasında 10 aydır davam edən gərginlik aradan qalxacaq? Azərbaycana qarşı Rusiya mediasında və teleqram kanallarında aparılan qara təbliğat dayandırılacaq?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, bu görüş iki ölkə arasındakı gərgin münasibətlərə müəyyən qədər “su səpdi”:

“Bu, tərəflər arasında işgüzar dialoqun davamı üçün münbit şərait yaratdı. Dünənki görüşdə Rusiya nəhayət Azərbaycanın haqlı tələblərini qəbul etdiyini açıqladı. Təəssüf doğuran məqam isə odur ki, Moskva bu cür açıqlamaları 10 ay əvvəl də verə bilərdi. Belə olan halda, bu qədər gərginlik yaşanmazdı. Dünənki görüş kifayət qədər əhəmiyyətli idi. Tərəflərin çıxışlarından da bəlli oldu ki, aradakı soyuqluğa baxmayaraq, ticarət və iqtisadiyyat sahəsində ciddi irəliləyişlər əldə olunub.

Sonrakı mərhələdə iki ölkə arasında münasibətlərin əvvəlki səviyyəyə çatması zaman alacaq. Azərbaycan cəmiyyətində Rusiyaya qarşı mövcud olan loyal münasibət, 44 günlük müharibə və antiterror əməliyyatı zamanı Kremlin nisbi neytrallığı fonunda dəyişmişdi. Lakin liderlərin görüşündən sonra bu münasibətdə yenidən dəyişiklik müşahidə olunur.

Oqtay Qasımov

Ortadakı gərginlik və çatlar o qədər dərin olub ki, onların bərpası üçün xeyli zaman lazımdır. Bundan sonra tərəflər arasında münasibətlər kontrollu və ehtiyatlı şəkildə davam edəcək. Hər iki tərəf bir-birinə praqmatik yanaşmağa çalışacaq. Münasibətlərin normallaşması isə daha çox Rusiyanın atacağı addımlardan asılı olacaq”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
globalinfo.az

1Sources