EN

“Məni maraqlandıran yeganə oyunçu Nikolas Pasdır”

İtaliya millisinin və “Roma”nın əfsanəsi Françesko Totti “Komo” klubunun yarımmüdafiəçisi Nikolas Pas haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Calciomercato.com” argentinalı futbolçunun dediklərini belə çatdırıb. 

“Belə deyək, hazırda İtaliyada elə də çox istedad yoxdur. Mənim izlədiyim yeganə oyunçu — baxmayaraq ki, o, italiyalı deyil — Niko Pasdır. O, məni çox maraqlandırır. Onun böyük gələcəyi var”

Qeyd edək ki, 21 yaşlı futbolçu 2024-cü ilin avqustunda Madrid “Real”ının sistemindən “Como”ya keçib. O, hazırkı mövsümdə A Seriyasında 6 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Bundan başqa, futbolçu Argentina millisinin heyətində DÇ-2026-nın seçmə mərhələsində 4 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.

Chosen
25
90deqiqe.az

1Sources