EN

İlqar Musayev: “CIDC 2025” kiberfestivalı regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir

Bakı, 10 oktyabr, AZƏRTAC

“Critical Infrastructure Defense Challenge 2025” – “CIDC 2025” kiberfestivalı regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu barədə bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev oktyabrın 10-da Bakı Konqress Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge” (CIDC 2025) çərçivəsində çıxışı zamanı deyib.

İlqar Musayev bildirib ki, iki gün davam edən festival çərçivəsində keçirilən panel müzakirələri, təqdimatlar, təlimlər və “Ağıllı şəhərlərdə kibermüharibə” yarışı uğurla başa çatıb.

Onun sözlərinə görə çıxışlar və fikir mübadilələri bir daha sübut etdi ki, kibertəhlükəsizlik artıq milli təhlükəsizliyin, iqtisadi sabitliyin və dayanıqlı inkişafın əsas dayaqlarından birinə çevrilib: “Bu ilki konfransın əsas mövzusu “Ağıllı şəhərlərdə kibermüharibə” idi. Məqsədimiz ağıllı şəhərlərin inkişafı ilə yanaşı, onların kibermüdafiəsinin də nə qədər vacib olduğunu diqqətə çatdırmaq idi. Müzakirələr göstərdi ki, Azərbaycan kibertəhlükəsizlik sahəsində regional əməkdaşlıq və təcrübə mübadiləsində fəal rol oynayır və bu istiqamətdə ardıcıl addımlar atır”.

 

Chosen
12
1
azertag.az

2Sources