EN

Metroda qatarlar arasında interval azaldılacaqVİDEO

Metronun "Həzi Aslanov"-"Əhmədli" stansiyaları arasında qatarların hərəkət intervalı azaldılıb.

Xezerxeber.az-ın məlumatına görə, yeni tədris mövsümünün başlanması ilə əlaqədar "Həzi Aslanov" stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə "Həzi Aslanov” - “Əhmədli" istiqamətində daha əvvəl 10 dəqiqəlik intervalla tənzimlənən qatarların hərəkət cədvəli yeni intervalla tənzimlənəcək.

“Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəsmisi Anar Zamanov deyib ki, bununla yanaşı, daha bir neçə stansiya arasında pik saatlarda interval azaldılacaq.

O, metroda qatarların stansiyaya gəlmə vaxtını göstərən elektron lövhələrin quraşdırılması barədə də danışıb. Bildirib ki, bununla bağlı sınaq işləri aparılır və elektron lövhələrin

bütün stansiyalarda quraşdırılması nəzərdə tutulur.

Həmçinin o da əlavə edilib ki "Xalqlar Dostluğu", "Koroğlu" və "Nəriman Nərimanov" stansiyalarında havalandırma sisteminin yenilənməsinə başlanılıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
7
xezerxeber.az

1Sources