EN

Kasadoya hücum- “Çelsi” yanvarda transferi bitirmək istəyir

İngiltərə nəhənglərindən “Çelsi” yanvar transfer pəncərəsində “Barselona”nın istedadlı yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, London təmsilçisi 22 yaşlı futbolçu üçün 35 milyon avro təklif etməyə hazırdır. Klub rəhbərliyi Kasadonu gələcək üçün vacib transfer kimi görür və danışıqlara yaxın günlərdə başlamağı planlaşdırır.

Qeyd edək ki, Kasado bu mövsüm “Barselona”nın heyətində La Liqada 7 matçda iştirak edib və 1 məhsuldar ötümə ilə fərqlənib.

Kamil Xudiyev

Chosen
1
fanat.az

1Sources