EN

“Tullantıları tinglərə dəyiş” və “Tullantıları ekoçantaya dəyiş” kimi aksiyalar keçirilib

Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması, resurslardan daha səmərəli istifadə edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, müxtəlif təşkilatların dəstəyi ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı, “Tullantıları tinglərə dəyiş” və “Tullantıları ekoçantaya dəyiş” kimi aksiyalar keçirilib.

Cari ilin 9 ayı ərzində vətəndaşlar tərəfindən ümumi tutumu 29 287 litr olan plastik, 4708 litr olan şüşə tullantı və 5327 ədəd işlənmiş batareya təhvil verilib.

Bu təşəbbüslər vətəndaşların fəal iştirakı, könüllülərin və tərəfdaşların dəstəyi sayəsində daha geniş təsir dairəsi qazanıb. Təbiətə dəyər verən hər kəsə təşəkkür edirik!

Chosen
11
ekologiya.az

1Sources