EN

Gənclər yığmamız Çexiya səfərində - CANLI YAYIM

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü tur matçına çıxacaq.

Sportinfo.az xəbər verir ki, Rəşad Eyubovun komandası səfərdə Çexiya ilə qarşılaşacaq.

Karvina şəhər stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Görüşü Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Yovan Kaçevski olacaq.

Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Avropa çempionatı, seçmə mərhələ

20:00. Çexiya U-21 - Azərbaycan U-21

Baş hakim: Yovan Kaçevski (Şimali Makedoniya)

Karvina şəhər stadionu

22:30. Portuqaliya - Bolqarıstan

9 oktyabr

Şotlandiya - Cəbəllütariq - 12:0

Chosen
58
sportinfo.az

1Sources