EN

Fərid Şəfiyev: Azərbaycan Türkmənistanla bir sıra strateji geosiyasi layihələr həyata keçirir

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan və Türkmənistan arasında müsbət əməkdaşlıq inkişaf edir. Ölkələrimiz bir sıra strateji geosiyasi layihələr həyata keçirir, xüsusilə enerji sahəsində əhəmiyyətli addımlar atılır. Xəzər dənizindəki Türkmənistanın qaz yataqlarından Azərbaycana, oradan isə Avropaya ixrac planları nəzərdə tutulur və bu layihənin böyük potensialı vardır. Qeyd etmək lazımdır ki, bu layihə heç bir qüvvəyə qarşı yönəlməyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Füzuli şəhərində Türkmənistan tərəfindən tikiləcək məscidin təməlqoyma mərasimi ilə bağlı keçirilən brifinqdə söyləyib.

O bildirib ki, digər önəmli sahə isə nəqliyyatdır. Orta Dəhliz inkişaf etdirilir, Qazaxıstan və Çinlə əməkdaşlıq isə gücləndirilir. Şimal Dəhlizi isə hazırda Rusiya–Ukrayna müharibəsi səbəbindən tam potensialı ilə fəaliyyət göstərmir. Türkmənistanın Orta Dəhlizə qoşulması isə perspektivlidir.

Chosen
9
1
azertag.az

2Sources