Bu gün Şuşadakı həbsxanada olarkən Bosniyadakı müharibədə keçirdiyim hisləri yaşayıram.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Şuşada səfərdə olan Bosniya və Herseqovinadan olan itkin ailənin üzvü Mideta Kaloper deyib.
Â
"Mən özüm hələ də qardaşımı axtardığım üçün bu qədər dərin hiss edirəm. İstədiyim tək şey onu tapmaqdır", - o qeyd edib.
Mideta Kaloper Azərbaycan xalqına və itkin düşmüş şəxslərlə bağlı atılan addımlara hörmət etdiyini bildirib.