EN

Məşhur türk sənətçinin xərçəng xəstəsi olan qızından təsirli paylaşım

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Məşhur türkiyəli sənətçi Cihan Ünal və tanınmış model Sabiş Kuzuoğlunun qızları, 48 yaşlı aktrisa Irmak Ünal 10 aydır döş xərçəngi ilə mübarizə apardığını açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Irmak Ünal öz "İnstagram" hesabında paylaşım edib.

"Döş xərçəngi diaqnozunu eşidəndə yeni ilin ilk günü idi... Necə bir sürpriz oldu! Və bunun məni həm tamamilə məhv edib, həm də yenidən inşa edəcəyini bilmirdim. Həm çox çətin, həm də real olan bu yol insanı sözlərlə izahı mümkün olmayan dərəcədə dəyişdirir", - deyə aktrisa bildirib.

Irmak Ünal oktyabr ayının "Döş xərçəngi maarifləndirmə ayı" olduğunu da xatırladıb.

"Erkən diaqnoz həqiqətən də həyatı xilas edir. Mənə bu yolda həm elmin, həm də qəlbinin işığı ilə bələdçilik edən möhtəşəm həkim komandası ilə əhatə olunduğum üçün özümü çox şanslı hiss edirəm. Təbii ki, dürüst olum... Mənim mənəvi tərəfim bəzən elmlə toqquşur. Həkimlərim daha əvvəllər heç eşitmədikləri suallarla üzləşmək məcburiyyətində qalırlar və içimdəki "yadplanetli" də. Amma yenə də mənə qarşı səbrlə, yumorla və sonsuz motivasiya ilə davrandılar. Bu mənim üçün tibbin ən saf halıdır", - deyə o, qeyd edib.

"Müalicə prosesində mən bildiyim hər şeyi birləşdirirəm. Spiritual təcrübələr, homeopatiya, enerji çalışmaları və elmin təklif etdiyi ən yaxşı imkanlar... Mən bunların hamısını intuisiya və şüurla birləşdirirəm. Mənim üçün yaxşılaşmaq artıq bir sənətdir: bir az inanc, bir az elm və tamamilə qəlb məsələsi. Bu yoldan keçən və ya bir yaxını bu yoldan keçən hər kəsə deyirəm ki, sizi görürəm, sizi hiss edirəm. Şəfa düz bir xətt deyil, amma icazə verdikdə onun içində möcüzəvi bir lütf var. Və siz Yaradanın nuruna şahid ola bilərsiniz", - deyə Irmak Ünal vurğulayıb.

"Nə qədər əməliyyat otağının qapısında "təkbətəkəm, tək gedirəm" desəm də, əsla tək deyildim. Hər şeydən əvvəl, Allahın varlığını hər zaman hiss etdim. Yol yoldaşlarıma bütün qəlbimlə təşəkkür etməliyəm. Xüsusilə bacıma, anama, uşaqlarıma, canım ailəmə və ən yaxın dostlarıma bu yolda mənimlə birlikdə addımladıqları və hələ də addımlamağa davam etdikləri üçün", - deyə aktrisa əlavə edib.

"Nəticədə hamımız sadəcə bir-birimizə evə gedən yolda yoldaşlıq edirik. Çox dəyərlisiniz. Və budur, buradayam. Qısa saçlı, ürəyiaçıq, hər an minnətdar və xeyir-dua aldığının fərqində olaraq. Yeni bir gün, yeni bir mən", - deyə Irmak Ünal fikrini tamamlayıb.

Qeyd edək ki, Irmak Ünal 2017-ci ildə iş adamı Emre Karabacakdan boşanıb, 2021-ci ildə radikal bir qərar alaraq, aktrisa karyerasına son qoyub və iki uşağı ilə birlikdə İndoneziyanın Bali adasına köçüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
1
oxu.az

2Sources