EN

Fransa mətbuatı Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşə diqqət ayırıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 10 oktyabr, AZƏRTAC

Fransanın nüfuzlu media orqanları Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsindən yazıb.

AZƏRTAC xəbər verir ki, Fransanın milli və regional yazılı mətbuat orqanları, eləcə də televiziya kanalları və radiosu vasitəsilə yayılan xəbərlərdə Rusiya Prezidentinin həlak olanların ailələrinə kompensasiya ödəniləcəyinə dair zəmanət verdiyi xüsusi vurğulanıb. Həmçinin Vladimir Putinin iş üzrə istintaqın başa çatmaq üzrə olduğunu, məsələ ilə bağlı bütün zəruri addımların atılacağını və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirdiyi qeyd olunub.

Xəbərlərdə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasına görə Rusiya hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımasını ilk dəfə etiraf etməsi xüsusi vurğulanıb. Həmçinin ötən ilin sonunda baş vermiş hadisə bir daha diqqətə çatdırılıb, sərnişin təyyarəsinin vurulmasına görə 38 nəfərin həlak olduğu, 29 nəfərin xəsarət aldığı qeyd edilib. Hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya tərəfindən rəsmi etiraf tələb etdiyi və beynəlxalq məhkəməyə müraciət olunacağını bildirdiyi vurğulanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
azertag.az

3Sources