EN

Həkim bədəndən toksinlərin çıxarılmasının doğru yollarını açıqladı

Rusiyalı mütəxəssislər xəbərdarlıq ediblər ki, pəhriz əlavələri və detoks pəhrizləri bədəni toksinlərdən təmizləmir.

E-saglam.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov bildirib ki, bədənin təbii “təmizlənməsi” üçün düzgün yuxu, aktiv həyat tərzi və limfa dövranını stimullaşdıran prosedurlar daha təsirli üsullardır.

Umnov “Report.ru”ya açıqlamasında qeyd edib ki, xroniki yorğunluq, baş ağrısı, artıq çəki, enerji çatışmazlığı, əhval-ruhiyyə dəyişkənlikləri, dəri problemləri və həzm pozğunluqları bəzən bədənin zəhərlənməsinin əlaməti kimi qəbul edilir. Lakin o, pəhriz əlavələri və reklam edilən “detoks” vasitələrinin bu problemi həll edə bilməyəcəyini vurğulayıb:

“Bəzi preparatlar yalnız mədə-bağırsaq traktında təsir göstərərək müəyyən toksinləri udub xaric edə bilər. Lakin Aktivləşdirilmiş kömür və ya Enterosgel kimi vasitələrlə qanı təmizləmək mümkün deyil. Sosial mediada satılan bir çox ‘detoks kapsulları’ isə elmi əsasdan tamamilə uzaqdır,” – deyə həkim bildirib.

Umnovun sözlərinə görə, bədənin toksinlərlə yüklənməsinin qarşısını almağın ən yaxşı yolu sağlam həyat tərzidir:

Xarici toksinlərin qəbulunu minimuma endirmək (siqaret, spirt, zərərli qidalar);

Yüksək keyfiyyətli yuxu rejimi — saat 23:00-dan əvvəl yatmaq və yuxu gigiyenasına riayət etmək;

Müntəzəm fiziki aktivlik — yüngül səhər idmanı və açıq havada gəzintilər;

Limfatik drenajın stimullaşdırılması — kontrast duş, quru fırça masajı, sauna və hamam;

Daimi tibbi müayinələr və analizlər, yoluxucu və iltihablı xəstəliklərin vaxtında müalicəsi.

Mütəxəssis əlavə edib ki, bu üsullar həm sağlamlığı qorumağa, həm də orqanizmin təbii detoks mexanizmini gücləndirməyə kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
8
e-saglam.az

1Sources