Braziliya millisi Cənubi Koreya ilə yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "pentakampionlar" səfərdə Asiya təmsilçisini 5 cavabsız qolla yeniblər.
Braziliyanın heyətində qolları Estevan Villian (13, 47), Rodriqo (41, 49) və Vinisius Junior (77) vurub.
Karlo Ançelottinin baş məşqçisi olduğu Braziliya yığması növbəti sınaq oyununu 4 gün sonra Yaponiyaya qarşı keçirəcək.