EN

Avrasiya ölkələrinin real ölçüləri...

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Təqdim edilmiş yeni infoqrafika Avrasiya ölkələrinin real ölçü nisbətlərini nümayiş etdirir. Məlum olur ki, əslində, bütün şimal ölkələrinin ərazisi xəritələrdə göründüyündən də xeyli kiçikdir.Reyting.az xəbər verir ki, Yer kürəsi sferik formadadır və bu təsviri müstəviyə köçürərkən qitə və ölkələrin proporsiyaları təhrif olunur. Bir çox mütəxəssislər təsdiq ediblər ki, ümumiyyətlə, hazırda yayılmış bir çox müasir xəritələrdə flamand xəritəçisi Jerard Merkatorun uzaq keçmişdə, yəni 1569-cu ildə təklif etdiyi proyeksiyadan istifadə olunur ki, bu yanaşmanın özü də yanlışdır. Alimlərin izah etdiyi kimi, ümumiyyətlə, proyeksiyanın özü əvvəlcədən dəniz naviqasiyası üçün nəzərdə tutularaq hazırlanıb. Eyni zamanda, Merkatorun xəritəsinin yeganə üstünlüyü bucaqların təhrifini tam minimuma endirməsindədir, lakin burada ərazilərin ölçüləri çox ciddi şəkildə dəyişib.Elm adamlarının fikrincə, bu xəritələrdə, xüsusilə də qütblərə yaxın ölkələr yanlış şəkildə böyüdülmüş göstərilir, ekvatora yaxın olanlar isə daha kiçik görünür.Mütəxəssislərdən biri deyib ki, bu cür xəritələrdə Rusiyanın sahəsi 17 milyon kvadrat kilometr, Çinin sahəsi 9,5 milyon kv.kilometr, Qrenlandiyanın sahəsi 2,1 milyon kv. kilometr, İspaniyanın sahəsi 505 min kv. kilometrdir. Lakin adi xəritələrdə bu fərq reallıqdan daha böyük təsir bağışlayır.Tədqiqatçılar dünya xəritəsinin yenidən və dəqiq hazırlanmasına ehtiyac olduğunu vurğulayıblar. Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
1
reyting.az

2Sources