Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda da son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmçinin DOST modeli yüksək qiymətləndirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, forumda səsvermə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev BSTA-nın ali idarəetmə orqanı olan BSTA Bürosunun üzvü seçilib.
Həmçinin Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatı əsasında Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün sədri seçilib.
F.Məmmədov Komissiyanın sədr müavinlərinin müəyyənləşdirilməsi, növbəti üçillik fəaliyyət planının hazırlanması və icrası prosesinə rəhbərlik edəcək.
Xatırladaq ki, Forumda DOST Agentliyi və DSMF BSTA-nın mükafatları ilə də təltif olunublar.
160-dan çox ölkənin 330-dək qurumunu özündə birləşdirən BSTA sosial təminat sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir.
Bu Təşkilatın ali idarəetmə orqanlarında təmsil olunmaq beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm qərarların qəbulunda, büdcə strategiyasının və prioritet hədəflərin müəyyən edilməsi prosesində yaxından iştirak imkanı qazandırır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.