ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
“Türkmənistanla Azərbaycan arasında müsbət proses gedir. İki ölkə arasında bir sıra geostrateji layihələr var”.
525.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, bunlardan biri enerji layihəsidir: “Qaz haqqında layihə var idi, müəyyən səbəblərdən dayandırılmışdı, indi isə Türkmənistanın Xəzər dənizində olan qaz yataqlarından boru vasitəsilə Azərbaycana, Azərbaycandan isə Avropaya ixracı mümkündür. Bu, real təklifdir. Hansısa qüvvəyə yönəlməyib, iqtisadi baxımdan əhəmiyyətlidir.
Ənənəvi Şimal yolu hazırda tam potensialda işləmir, yaxın dövrdə də o məsələnin həlli gözlənilmir, ona görə də Orta Dəhlizin böyük potensialı var. Bu səbəbdən də Türkmənistanın Orta Dəhliz layihəsinə qoşulması çox vacibdir. Çünki bunlar böyük potensiala malik layihələrdir".
F.Şəfiyev diqqətə çatdırıb ki, Azərbaycan Xəzər bölgəsinin ayrılmaz hissəsi kimi Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı "5+1" formatı yerinə, "6" formatı şəklində davam etdirməlidir: "Biz bunda maraqlıyıq. Geosiyasi təhdidlər əməkdaşlığın inkişaf etdirilməsini vacib edir. Ümid edirəm ki, Türkmənistan bir gün Türk Dövlətləri Təşkilatının da üzvü olacaq".
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.