EN

Süleyman Mikayılov növbəti vətəndaş qəbulu keçirdi - FOTOLAR

 Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Qızıldaş qəsəbəsində səyyar qəbulu keçirilmişdir.

 "Unikal" xəbər verir ki, qəbulda Qızıldaş qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.Keçirilmiş səyyar qəbulda 45-a yaxın qəsəbə sakinləri iştirak etmişdir. 

   Sakinləri 8 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

   Sakinlərlə görüşdə su ehtiyatlarından səmərəli istifadə məsələləri müzakirə olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin 20 fevral 2024-cü il tarixli, 024 saylı “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” Sərəncamının 4.4-cü bəndində “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” tapşırığı verildiyi bildirilmiş, su ehtiyatlarından səmərəli istifadə, içməli suya qənaətin vacibliyi və mövcud su hövzələrinin qorunması ilə bağlı məsələləri diqqətə çatdırmış, əhalini bu istiqamətdə daha məsuliyyətli olmağa və təbii sərvətlərin qorunmasına töhfə verməyə çağırmışdır.

   Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

    Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Chosen
9
1
unikal.az

2Sources