EN

Bakıda məktəb yaxınlığında SÖHBƏT : sinif yoldaşının çənəsini qırdı

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda məktəbli sinif yoldaşını döyüb.

Lent.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 281 saylı orta məktəbin yaxınlığında qeydə alınıb.

Həmin məktəbdə oxuyan 16 yaşlı Samid Şükürlü (ad və soyad şərtidir) ona söyüş söydüyünü bəhanə edərək sinif yoldaşına yumruqla xəsarət yetirib. Nəticədə zərərçəkənin çənə sümüyü qırılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, dərsləri yaxşı oxumadığı üçün məktəbdən çıxarılıb:

“Başqa bir sinif yoldaşım dedi ki, zərərçəkən məni söyüb. Bu barədə məsələni həll etmək üçün onu görüşə çağırdım. O, söydüyünü etiraf edəndə yumruqla çənəsindən vurub xəsarət yetirdim. Sonra ikimiz də əlbəyaxa olduq, yanımızda olan digər sinif yoldaşımız bizi ayırdı”.

Zərərçəkənin sözlərinə görə isə Samid barəsində söyüş söyməyib və heç bir əsas olmadan ona xəsarət yetirilib:

“Samid mənə martın 18-i görüşməyi təklif etdi. Lakin həmin gün bacımın ad günü idi deyə, martın 20-də görüşdük. Samid ona söyüş söydüyümü deməkdə yalandan özünə haqq qazandırır. Amma mən onu söyməmişəm və söyməyim üçün də səbəb yoxdur. Söhbət zamanı Samid məni vurdu, yerə yıxıldım. Ayağa qalxanda nə Samid vardı, nə də yanımızdakı digər sinif yoldaşımız”.

Zərərçəkən həmçinin təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.

Suraxanı rayon Məhkəməsində hakim Ünsüyyət Mirzəyevanın sədrliyi ilə keçirilən prosesdə Samid Şükürlü barəsində 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
lent.az

3Sources