Qaynarinfo-nun məlumatına görə, bununla bağlı nazirliyin elan etdiyi tenderə yekun vurulub. Tenderin qalibi "S.H. İnşaat Xidməti” MMC olub.
Nazirlik sözügedən şirkətlə 8.095.862,39 AZN-lik müqavilə imzalayıb. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 1 207 073,42 AZN azdır.
Maraqlıdır ki, nazirlik təmir və abadlıq işlərinin aparılması ilə bağlı məlumat qeyd etsə də, həmin abadlıq işlərinin hansı məktəblərdə aparıldığı açıqlanmayıb. Bu da tenderlə bağlı şübhələri artırır.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi hələ ötən il də "S.H İnşaat Xidməti" ilə yuxarıda qeyd edilən satınalma predmeti üzrə 3 492 100,54 AZN-lik satılnalma müqaviləsi imzalamışdı.
Həmin ildə nazirlik bir çox məktəblərdə təmir-tikinti ilə bağlı elan etdiyi tenderlərin nəticələrin və qalib şirkətlərin adlarını açıqlasa da, abadlıq işləri apardığı təhsil müəssisələrin adlarını qeyd etmir. Bu da həmin tenderlərlə bağlı şübhəli məqamların olduğunu göstərir.
6Sources
-
tribunainfo.azElm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır? ( 22273459)
-
tribunainfo.azElm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır? ( 22273411)
-
demokrat.azElm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır? ( 22269526)
-
azia.azElm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır? ( 22267933)
-
nocomment.azElm və Təhsil Nazirliyinin şübhəli təmirləri: Məktəblər niyə açıqlanmır? ( 22267744)
-
xezernews.azŞübhəli təmirlər: Məktəblər niyə açıqlanmır? ( 22265971)