APA xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il 9 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
10Sources
-
hurriyyet.azSənan Mehdiyevə hökm oxundu - FOTO ( 22272607)
-
adalet.azSənan Mehdiyevə hökm oxundu ( 22270258)
-
news365.azNəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyevə hökm oxunub ( 22270219)
-
metbuat.azSənan Mehdiyevə hökm oxundu - ( 22270021)
-
metbuat.azBu həkimə hökm oxundu - ( 22269988)
-
onn.azSənan Mehdiyevə hökm oxundu ( 22269688)
-
demokrat.azNÉ™zrin Mansurlunun ölümünÉ™ görÉ™ hÉ™bs olunan SÉ™nan MehdiyevÉ™ hökm oxundu ( 22269442)
-
sitat.infoNəzrinin ölümünə səbəb olan Sənan Mehdiyevə hökm oxundu ( 22269268)
-
afn.azNəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə hökm oxunub ( 22269235)
-
far.azSənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib ( 22269133)