EN

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə - Hökm oxundu

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə - Hökm oxundu30 yaşlı Nərmin Mansurlunun burun əməliyyatından sonra ölməsi ilə bağlı həbs edilən cərrah Sənan Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun məlumatına görə, Nəsimi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Sənan Mehdiyev ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. Amma onun cəzasının məntəqə tipli cəzaçəkmə müəsisəsində çəkməsi qərara alınıb.

Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.

Chosen
33
3
sonxeber.az

4Sources