EN

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Far.Az report-a istinadən xəbər verir ki, səfər iştirakçıları Şuşa şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.

Həmçinin qonaqlar Şuşanın görməli yerləri ilə yanaşı, vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanasına da baş çəkəcəklər.

Qeyd edək ki, konfrans iştirakçıları günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıqla tanış olublar. Tədbir iştirakçılarının sabah Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarəti nəzərdə tutulur.

Chosen
19
far.az

1Sources