EN

Cari ildə qiymətli kağızlar üzrə ödənişlər 1,8 milyard dolları keçib

2025-ci ilin ilk doqquz ayında qiymətli kağızlar bazarında aparılan ödənişlərin əsas hissəsini dövlət istiqrazları və Mərkəzi Bankın notları təşkil edib.

Teleqraf bu barədə Milli Depozit Mərkəzi məlumatına əsasən xəbər verir.

2025-ci ilin yanvar–sentyabr aylarında dövlət istiqrazları üzrə ödənişlər bazarda əsas paya malik olub. Bu istiqamət üzrə ödənişlərin nominal dəyəri 1 milyard 802,38 milyon manat, kupon ödənişləri isə 365,45 milyon manat təşkil edib. Dövlət istiqrazlarının ümumi ödənişlərdə payı 66% olub.

Məlumata görə, Mərkəzi Bankın notları üzrə ödənişlərin nominal həcmi 782,1 milyon manat olub və bu, ümumi ödənişlərin 23,8%-nə bərabərdir.

səhmlər üzrə 200 milyon manat dividend ödənişi həyata keçirilib. Səhmlərin ümumi ödənişlərdə payı 6,1% olub.

Hesabat dövründə korporativ istiqrazlar üzrə nominal ödənişlər 114,97 milyon manat, kupon ödənişləri isə 20,21 milyon manat səviyyəsində qeydə alınıb. Onların ümumi payı 4,1% təşkil edib.

Dollar ifadəsində isə həyata keçirilən qiymətli kağızlar üzrə ümumi ödənişlərin 67,7%-i dövlət istiqrazlarının, 32,3%-i isə korporativ istiqrazların payına düşüb.

Hesabat dövründə dövlət istiqrazları üzrə 20 milyon ABŞ dolları nominal və 0,3 milyon dollar kupon ödənişi həyata keçirilib. Korporativ istiqrazlar üzrə isə 10 milyon dollar nominal və 32,5 milyon dollar kupon ödənişi baş tutub.

Chosen
32
4
teleqraf.com

5Sources