EN

Nobel Komitəsinin qərarı Ağ Evi qəzəbləndirib

AzVision.az xəbər verir ki, Ağ Evin kommunikasiyalar üzrə direktoru, mətbuat katibi və ABŞ prezidentinin köməkçisi Stiven Çun belə bəyanat açıqlayıb.

“Prezident Donald Tramp bütün dünyada sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək... Nobel Komitəsi isə, onunüçün siyasətin sülhdən daha vacib olduğunu sübut etdi”,- amerikalı məmur vurğulayıb.

Nobel Sülh mükafatı Trampdan yan ötdü| amma...
Bu arada Amerika prezidentinə yaxın mənbəyə istinadən edən “The New York Post (NYP)” nəşri Amerika liderinin 2026-cı ildə Nobel Sülh mükafatını qazanmaq şansının daha çox olacağını yazıb. Mənbənin fikrincə, Donald Trampa 2025-ci ilin Nobel Sülh mükafatının verilməsi gözlənilməz olardı.

- Bununla belə, Ağ Evə qayıtdıqdan sonra Amerika liderinin müttəfiqləri onun sülh səylərini dəfələrlə vurğulayırlar. Ən son təşəbbüslər arasında İsrail və HƏMAS arasında atəşkəsə xüsusi diqqət yetirilib. Bir sıra xarici liderlər də Trampı mükafata namizəd göstəriblər”,- qəzet, öz növbəsində, xatırladıb.

Eyni zamanda, ABŞ prezidentinin tənqidçiləri onun İranın nüvə infrastrukturuna zərbələr endirmək əmrlərinə, Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı çoxsaylı bəyanatlarına və Müdafiə nazirliyinin adının “Müharibə nazirliyi”nə dəyişməsini diqqətə çatdırıblar.

Qeyd edək ki, bir qədər əvəvl 2025-ci il üçün Nobel Sülh mükafatı Venesuela prezidenti Nikolas Maduronun siyasi rəqiblərindən biri olan Mariya Korino Maçadoya verildiyi barədə Nobel Komitəsinin qərarı açıqlanıb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
31
2
azvision.az

3Sources