EN

"Nobel Komitəsi siyasəti sülhdən üstün tutdu" - Ağ Ev

Ağ Evin Kommunikasiyalar üzrə direktoru Stiven Çun Nobel Komitəsini siyasəti sülhdən üstün tutmaqda ittiham edib.

Missiya.Az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

“Nobel Komitəsi siyasəti sülhdən daha çox qiymətləndirdiklərini sübut etdi”, – deyə Çun venesuelalı siyasətçi Maria Korina Maçadoya Nobel Sülh Mükafatının verilməsinə münasibət bildirərkən yazıb.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp sülh təşəbbüslərini davam etdirəcək: “O, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək”.

Qeyd edək ki, Nobel Komitəsi Maçadonu Venesuelada demokratik dəyərlərin təşviqi və dinc keçid uğrunda apardığı mübarizəyə görə mükafatlandırıb.

Seyranə QuliyevaMissiya.Az

Chosen
54
missiya.az

1Sources