Mərkəzi Afrika ölkəsi Kamerun oktyabrın 12-də seçkiyə gedir
7NEWS.az xəbər verir ki, ölkə prezidentini müəyyən edəcək seçkidə bütün gözlər 43 ildir hakimiyyətdə olan 92 yaşlı prezident Paul Biyaya yönəlib. O, 43 ildir ki, ölkəsini idarə edir. Daha bir müddət hakimiyyətdə olmaq niyyətində olduğunu bəyan etmək üçün mitinq keçirib. Ancaq bu, Kamerun prezidenti üçün tipik bir iş deyil. Əksinə, bağlı qapılar arxasında qalmağa üstünlük verən, diqqət mərkəzində olmağı sevməyən siyasətçidir.