“Bu sövdələşmə çox erkən bağlana bilərdi. HƏMAS 2024-cü ilin sentyabrında eyni şərtlərlə razılaşdı. Lakin o zaman İsrail müzakirəçiləri bildirirdilər ki, baş nazir Netanyahu müharibəni bitirməyə razı deyil.” Onun sözlərinə görə, Bayden administrasiyası da təklif olunan razılaşmanı ciddi qəbul etməyib. Baskin həmçinin vurğulayıb ki, İsrail tərəfi ABŞ prezidentinin administrasiyasının dəyişməsinə qədər saziş bağlamağı planlaşdırmayıb. Oktyabrın 10-na keçən gecə İsrailin baş nazirinin ofisi “bütün girovların – həm sağ, həm də ölülərin azad edilməsi” barədə sazişi təsdiqlədiyini elan edib. Qeyd edək ki, oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp İsrail və Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini açıqlayıb. Bu mərhələ bütün girovların yaxın gələcəkdə azad edilməsini və İsrail qoşunlarının Qəzza daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.