EN

Bu ilin 9 ayında Azərbaycanda qiymətli kağızlar üzrə ödənişlər 3,3 milyard manat olub

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda qiymətli kağızlar bazarında ümumilikdə 3,3 milyard manatdan çox ödəniş həyata keçirilib, bu ödənişlərin əsas hissəsi dövlət istiqrazlarının payına düşüb.

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzindən Finss.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar-sentyabr aylarında qiymətli kağızlar üzrə ümumilikdə 3 milyard 285 milyon manat məbləğində ödənişlər həyata keçirilib.

Bu dövrdə dövlət istiqrazları üzrə ödənişlərin ümumi həcmi 2 milyard 167,83 milyon manat təşkil edib ki, bunun 1 milyard 802,38 milyon manatı nominal, 365,45 milyon manatı isə kupon faizlərinin ödənişi olub.

Mərkəzi Bankın notları üzrə ödənişlərin məbləği 782,1 milyon manat, korporativ istiqrazlar üzrə isə 135,18 milyon manat (o cümlədən 114,97 milyon manat nominal, 20,21 milyon manat kupon) olub.

Səhmlər üzrə investorlar ümumilikdə 200 milyon manat həcmində dividend gəliri əldə ediblər.

Ümumi strukturda ödənişlərin 66,0%-i dövlət istiqrazları, 23,8%-i səhmlər, 6,1%-i Mərkəzi Bankın notları, 4,1%-i korporativ istiqrazlar üzrə həyata keçirilib.

MDM-in məlumatına əsasən, hesabat dövründə qiymətli kağızlar bazarında həyata keçirilən əməliyyatlarda dövlət borc alətləri dominant mövqeyini qoruyub.

Fuad Mədətov
Finss.az

Chosen
18
fins.az

1Sources