EN

Sentyabrda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb

2025-ci ilin sentyabrında Azərbaycanda mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurtanın, xamanın, kəsmiyin, kərə yağının, armudun, şaftalının, qozun, fındığın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, kartofun, qara və yaşıl çay məmulatlarının qiymətlərində artım qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Eyni dövrdə limonun, bananın, almanın, üzümün, soğanın  qiymətləri isə ucuzlaşıb.

Qeyri-qida məhsulları arasında sentyabrda mebelin, avtomobillər üçün ehtiyyat hissələrinin, şəxsi gigiyena məmulatlarının, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatları bahalaşıb, yay geyimlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Gülnar 

Chosen
15
2
anews.az

3Sources