EN

Avstriya mətbuatı: Rusiya AZAL təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərinə götürüb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vyana, 10 oktyabr, AZƏRTAC

Avstriyanın aparıcı media orqanları (ORF Teleradiosu, “Die Presse“, “Kronenzeitung“, “Kurier“ gündəlik qəzetləri) Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Düşənbədə keçirilən görüşünə geniş diqqət ayırıblar.

AZƏRTAC xəbər verir ki, dərc olunan məqalələrdə görüşdə ilk dəfə olaraq Rusiyanın ötən ilin dekabr ayında Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsi, Vladimir Putinin bununla bağlı açıqlama verdiyi qeyd olunub. Bildirilib ki, Rusiya tərəfi 38 nəfərin həlak olduğu hadisəyə görə təzminat ödənməsi üçün bütün müvafiq addımları atacaq.

Məqalələrdə 2024-cü il dekabrın 25-də Qroznı istiqamətində reysi həyata keçirən AZAL təyyarəsinin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması və Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə detallar təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
2
azertag.az

3Sources