EN

Putin Azərbaycanla münasibətlərdən DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva ilə Bakı arasında dövlətlərarası münasibətlərdə heç bir böhran baş verməyib. 

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, yaşanan hadisəni yalnız Azərbaycan təyyarəsinin qəzadan sonra baş verən “emosional böhran” adlandırmaq olar.

“Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq”, - Putin qeyd edib.

"Bu, emosiyaların böhranı idi və bunun səbəbi başa düşüləndir. Bir təyyarənin vurulması ilə üzləşdik və bunu həll etmək üçün vaxt lazım idi".

O əlavə edib ki, ümid edir ki, artıq bu səhifəni arxada qoyublar və qarşıdakı dövrdə ölkələr arasında etimad və tərəfdaşlıq daha da möhkəmlənəcək.

Musavat.com

 

Chosen
27
musavat.com

1Sources