EN

“Nobel Komitəsi üçün siyasət sülhdən üstündür” – Ağ Ev


“Nobel Komitəsi açıq şəkildə nümayiş etdirdi ki, siyasət onun üçün sülhdən daha vacibdir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru, mətbuat katibi və ABŞ Prezidentinin köməkçisi Stiven Çun Venesuelanın müxalifət lideri, keçmiş parlament üzvü Mariya Korina Maçadoya Nobel Sülh Mükafatı verilməsindən sonra sosial şəbəkə hesabında dərc etdiyi bəyanatda bildirib.
O, ABŞ Prezidenti Donald Trampın sülh sazişləri bağlamağa və müharibələrə son qoymağa davam edəcəyini qeyd edib.
“ABŞ Prezidenti Donald Tramp bütün dünyada sülh sazişləri bağlamağa, müharibələrə son qoymağa və insanların həyatını xilas etməyə davam edəcək. Nobel Komitəsi sübut etdi ki, siyasət onlar üçün sülhdən daha vacibdir”, - Çun bildirib.
Chosen
8
1
yeniavaz.com

2Sources