EN

Venesuela ABŞ ın mümkün işğalına qarşı hazırlıqlara başlayıb

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxt Karakas yaxınlığında nəzarət-buraxılış məntəqələri qurulub

Venesuela ABŞ-ın mümkün işğalına qarşı hazırlıqlara başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə fotoşəkillər dərc edən "Pıçıltı Cəbhəsi" adlı “Telegram” kanalı məlumat yayıb.

Kadrlarda giriş-çıxışı bağlayan strukturların və paytaxt Karakas yaxınlığında nəzarət-buraxılış məntəqələrinin qurulduğu görünür.

Bundan əvvəl ABŞ ordusunun Venesuela yaxınlığında beynəlxalq sularda gəmiyə növbəti zərbə endirdiyi bildirilib. ABŞ ordusunun məlumatına görə, gəminin narkotik ticarəti və terror təşkilatları ilə əlaqəsi olub.

Bundan əvvəl “Washington Examiner” ABŞ-ın Venesuelaya hərbi müdaxilə edə biləcəyi barədə məlumat verib. Bildirilib ki, Amerika hərbi strateqləri hesab edirlər ki, ABŞ qüvvələri hazırda əsas strateji obyektləri ələ keçirmək və saxlamaq üçün kifayətdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
ayna.az

1Sources