EN

İnformasiya müharibəsi dövründə ekspertlərimizi qorumalıyıq - RƏY

Bakı.Trend:

Azərbaycanda zaman-zaman siyasi şəxslərə və jurnalistlərəsui-qəsd cəhdləri olub. Müxtəlif səbəblərdən – siyasi ambisiyalar,ideoloji fərqlər, dövlət çevrilişi planları və ya şəxsi düşmənçiliknəticəsində müxtəlif şəxslərə qarşı çoxsaylı sui-qəsd cəhdlərihəyata keçirilib. Bəziləri uğursuz alınıb, bəziləri isə tarixinaxarını dəyişib.

Jurnalist Elçin Alıoğluna qarşı da sui-qəsd hazırlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Trend” Beynəlxalq İnformasiyaAgentliyinin direktor müavini, “Baku Network” analitikplatformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindənvə beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olanElçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrəməhkəmə prosesi başlayıb.

Məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci(cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadiminhəyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov AbülfəzlAzər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatınagörə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumuməqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detallarıdiqqətlə planlaşdırıb.

Mövzuyla bağlı Trend-ə açıqlama verən siyasi ekspert ilyas Hüseynovbildirib ki, ona qarşı suiqəst planının hazırlanması bir dahagöstərir ki, informasiya müharibəsi dövründə biz təkcəinformasiyanı deyil, media məkanımızı, ekspertlərimizi, ictimaifikir formalaşdıran ziyalılarımızı da qorumalıyıq.

Elçin Alıoğlunun məqalələri, analitik yazıları və araşdırmalarıilə tanışam. Dəfələrlə efirdə birgə iştirak etmişik. Analitikdüşüncəsi, intellektual səviyyəsi və milli mövqeyi ilə o, ölkəmizinmüasir dövrdə ən önəmli fikir adamlarından biridir. Mənim üçün həmdə əziz həmkardır.

Siyasi eksperet həmçinin vurğulayıb ki, bu hadisə ilk haldeyil.

“Xatırladım ki, daha öncə deputat Fazil Mustafaya qarşı da bucür çirkin hücum həyata keçirilmişdi. Ümumiyyətlə, müstəqillikdövrümüzdə və ondan əvvəlki illərdə də düşüncə adamlarına qarşıqanunsuz təzyiqlər, sui-qəsdlər baş verib”.

İ.Hüseynov əlavə edib ki, Elçin Alıoğlu daim ideoloji və hibridmüharibə kontekstində ölkəmiz əleyhinə yönəlmiş qərəzli fikirləriifşa edib. Onun apardığı araşdırmalar fundamental və əsaslıxarakter daşıyır.

Chosen
28
az.trend.az

1Sources