Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaş qəbulları davam edir.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 10-da Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Ümummilli Liderin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda nazir Naxçıvan şəhəri, Babək, Culfa,
Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.