EN

Rusiya Özbəkistan, Qazaxıstan və Qırğızıstana qaz tədarükünü 15% artırıb

BAKI, 10 oktyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Rusiya Özbəkistan, Qazaxıstan və Qırğızıstana qaz tədarükünü 15% artırıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, "Qazprom"un baş direktoru Aleksey Miller bildirib ki, yaxın 5-6 ildə üç ölkənin iqtisadiyyatında ciddi artımlar gözlənilir, bu da istehlakın yüksəlməsinə təsir göstərəcək.

Məlumata görə, Rusiya qazının Mərkəzi Asiya ölkələrinə tədarükünün artmasında əsas katalizator Çinə yönəlmiş “Sibirin Gücü – 2” magistral qaz kəməridir.

Bundan əlavə, Milli Statistika Komitəsinin məlumatına əsasən, yanvar-avqust aylarında Özbəkistan Türkmənistan və Rusiyadan qaz idxalını 27,9% azaldaraq 885,9 milyon ABŞ dollara endirib.

Bununla belə, respublikanın Energetika Nazirliyi idxal edilən qazın fiziki həcmi və dəyəri barədə məlumatları açıqlamayıb.

Chosen
4
teleqraf.com

1Sources