EN

Deputat: Bəzi bölgələrdə 1-2 vəkil tapmaq belə çətindir

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bölgələrdə vəkil çatışmazlığı probleminə toxunaraq, bu sahədə qanunvericiliyə dəyişikliklərin vacibliyini vurğulayıb.

“Elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir. Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır”, –  deputat bildirib.

Fazil Mustafa çıxışında vəkillərin hüquqi statusu və onların peşə fəaliyyətinin qorunması məsələsinə də diqqət çəkib. Onun sözlərinə görə, qanun layihəsində vəkillərə qarşı təzyiqlərin qarşısını almaq məqsədilə hüquqi təminatlar gücləndirilir.

“Prinsiplərdə də dəyişiklik edilir. Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsi tələb olunur. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz”, –  o qeyd edib.

Azərbaycan Vəkillər Kollegiyasının 2024-cü ilin sonuna olan məlumatına görə, ölkə üzrə fəaliyyət göstərən vəkillərin sayı təxminən 2,500 nəfər təşkil edir. Bu isə təqribən hər 4,000 vətəndaşa bir vəkil düşməsi deməkdir – Avropa ortalamasından xeyli aşağıdır.

Xüsusilə bölgələrdə hüquqi yardıma çıxış imkanları məhduddur. Rəsmi məlumata əsasən, bəzi rayonlarda vəkillərin sayı 2–3 nəfərdən ibarətdir və bu, vətəndaşların hüquqi müdafiə imkanlarını məhdudlaşdırır.

Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklər çərçivəsində vəkilin hüquqi toxunulmazlığına dair müddəaların dəqiqləşdirilməsi və regional hüquqi yardım infrastrukturunun gücləndirilməsi nəzərdə tutulur.

Gülnar 

Chosen
20
anews.az

1Sources