ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen oktyabrın 13-dən 15-dək Cənubi Qafqaza səfər edəcək.
"Unikal" xəbər verir ki, o, Azərbaycanda, Ermənistanda və Gürcüstanda səfərdə olacaq, yüksək səviyyəli hökumət rəsmiləri, habelə vətəndaş cəmiyyəti və beyin mərkəzlərinin nümayəndələri ilə görüşlər keçirəcək.