EN

Ermənistanda 4 polis əməkdaşı İŞDƏN QOVULDU

Ermənistanda dörd polis əməkdaşı intizam pozuntularına görə işdən çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına qurumun mətbuat xidməti məlumat verib.

Ermənistan Daxili İşlər Nazirliyi aparılan xidməti araşdırmanın nəticələrinə əsasən dörd polis əməkdaşını ciddi intizam pozuntularına görə vəzifədən azad edib.

Qərar intizam komissiyasının iclasında, komissiya sədri və DİN-in baş katibi Ara Fidanayanın rəhbərliyi ilə qəbul olunub.

Məlumata görə, beşinci əməkdaşa isə sərt töhmət verilib.

İşdən çıxarılan polis əməkdaşlarının adları açıqlanmır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
8
interpress.az

1Sources