EN

Əminə Yusifqızı dəfn edildi - Foto

Təzəpir məscidində xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.
Kult.az xəbər verir ki, mərasimdə mərhumun ailəsi, qohumları və sənət dostları, eləcə də Mədəniyyət Nazirliyinin əməkdaşları iştirak ediblər.
Vida mərasimində xalq artistinin Azərbaycan mədəniyyətinə töhfəsindən bəhs olunub.
Onun yaradıcılığının daim yaşayacağı ifadə olunub.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.

***

Əminə Yusifqızı Bakının Yasamal rayonunda, “Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində xalq artistinin ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Chosen
13
6
sherg.az

10Sources