EN

Moskvada 23 il əvvəlki qətlin təqsirkarları TUTULDU

Moskva ətrafında 23 il əvvəlki qətlin təqsirkarları tutulub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətində keçmiş licey direktoru Vadim Menisin qətlində iştirak edən iki şəxs saxlanılıb.

Menis Yuri Qaqarinin adına olan №10 saylı liceyin direktoru və Rusiyanın əməkdar müəllimi, Hökumət İqtisadiyyat Elmləri Akademiyasının müxbir üzvü olub.

O, 23 il əvvəl yalnız 300 dollar qarşılığında liceyin qapısı önündə güllələnərək öldürülüb.

Rusiyanın İstintaq Komitəsi, FSB və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə əməyilə uzun illər sonra təqsirkarların kimliyi müəyyən edilib.

Saxlanılanlarla bağlı dindirmələr aparılıb, yerində ifadələr yoxlanılıb və qarşılıqlı izahatlar götürülüb.

Hazırda istintaq onların həbsini tələb edir və araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
interpress.az

1Sources