EN

Biometrik nəzarətin hüquqi əsasları müasir dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir - Şöbə rəisi

Bakı. Trend:

Biometrik nəzarət, biometrik informasiya xidmətləriningöstərilməsi, bu məlumatların toplanması və işlənməsi zamanı əsasənhansı prinsiplərin rəhbər tutulmalı olduğu aktual və önəmliməsələdir.

Trend xəbərverir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidmətinin şöbə rəisi Elgin Abdullayev “CIDC 2025 – CriticalInfrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalıçərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət,toplanan data, insan hüquqları, mühafizə yolları - hansı dahavacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

Şöbə rəisinin sözlərinə görə, biometrik məlumatlar şəxsinbioloji, fiziki və fizioloji xüsusiyyətləri ilə bağlı olduğuna görəbu məlumatlar “xüsusi kateqoriyalı fərdi məlumatlar” kimiqiymətləndirilir.

E.Abdullayev bildirib ki, biometrik məlumatların toplanmasınınəsas məqsədləri – şəxsiyyət vəsiqələrinin verilməsi, sərhəd-keçidməntəqələrində nəzarət, müəyyən cinayət işlərinin istintaqı,əməliyyat-axtarış və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsiilə bağlıdır:

“Lakin bu informasiyaların toplanması zamanı şəxsi məlumatlarınmühafizəsi məsələsi də ön plana çıxır. Beləliklə, burada balansınqorunması əsas şərtdir.

Bir tərəfdən dövlət orqanlarının qanunla müəyyən olunmuşfunksiyalarını icra etməsi zəruridir, digər tərəfdən isə toplananşəxsi məlumatların təhlükəsizliyinin təmin olunması da vacibdir. Bubaxımdan insan hüquq və azadlıqlarının qorunması əsas prinsip kimiqəbul edilməlidir. Xüsusilə də biometrik məlumatların könüllürazılıq əsasında toplanması prinsipinə riayət olunmalıdır.

Düşünürəm ki, biometrik məlumatlarla bağlı qanunvericilik yalnızinformasiyanın toplanmasına deyil, həm də bu məlumatlarınsaxlandığı sistemlərin mühafizəsinə dair də konkret və effektivtələblər irəli sürməlidir. Şəxsin məlumat verməzdən əvvəl tamşəkildə məlumatlandırılması, hansı məqsədlə məlumatın toplandığınınizah olunması təmin edilməlidir.

O xatırladıb ki, “Biometrik məlumatlar haqqında” Qanun 2008-ciildə qəbul edilib:

“Bu müddət ərzində texnologiyalar və ictimai münasibətlərdinamik şəkildə dəyişib. Biometrik nəzarətin hüquqi əsasları budəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir. Texnologiyalarıninkişafı ilə yaranan yeni risklərə cavab verə biləcək müasir hüquqimexanizmlərin yaradılması artıq zərurətə çevrilib”.

Chosen
33
az.trend.az

1Sources