EN

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən  ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsi keçirilir.

Yenisabah.az xəbər verir ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayanların sayının mövcud vakansiyalardan az olduğunu nəzərə alaraq minimum 34 bal toplayan namizədlər də müsahibəyə cəlb olunacaqlar.

Müsahibənin vaxtı və məkan haqqında məlumat minimum 34 bal toplayan namizədlərə də SMS vasitəsilə göndəriləcək. Toyuqlu pizza

Namizədlərin bilikləri və peşəkar keyfiyyətləri nəzərə alınacaq.

Müsahibəni uğurla keçən namizədlər müvafiq vakant yerlərə təyin olunacaqlar.


Telegram kanalımız
Chosen
22
4
yenisabah.az

8Sources