EN

Atasının yaralandığı yerdə şəhid oldu - Şəhriyar Hacıyevin HƏYAT YOLU

Bu gün Azərbaycanın igid oğullarından biri, Silahlı Qüvvələrin baş kəşfiyyatçısı, şəhid Şəhriyar Şahlar oğlu Hacıyevin anım günüdür.

Onun həyatı qısa, lakin bir ömrə bərabər idi. O ömür ki, ata yarası ilə başladı, şəhidliklə başa çatdı.

Bizim.Media xəbər verir ki, Şəhriyar Hacıyev  2 avqust 1999-cu il tarixində Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub.

Ş.Hacıyev 2005-2016-cı illərdə Abşeron rayonu, Xırdalan şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alıb.

O, elə həmin illərdə kimboks və karate üzrə Respublika üzrə birincilik qazanıb. Şəhriyar 2016-cı ildə orta məktəbi bitirib və Kazan Dövlət Universitetinə daxil olub. 2017-ci ilin oktyabr ayında isə xüsusi təyinatlı kəşfiyyatçı kimi hərbi xidmətə başlayıb. 2019-cu ilin aprel ayında əsgərlikdən qayıdıb. Daha sonra peşə fəaliyyətinə başlayıb və ilk əmək haqqını almadan İkinci Vətən Müharibəsinə qatılıb. Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
 

Atası Şahlar Hacıyev birinci Qarabağ müharibəsində Ağdamın Ballıqaya kəndində yaralanmışdı. İllər sonra oğlu Şəhriyar, məhz həmin istiqamətdə atası qan tökmüş torpaqlarda qəhrəmancasına şəhid olub.


Şəhid Şəhriyar Şahlar oğlu Hacıyevin nəşi oktyabrın 25-də doğulduğu kəndə gətirilib. Oktyabrın 26-da böyük izdihamla İvanovka kənd qəbirstanlığında dəfn edilib. 

Şəhriyar Hacıyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

Chosen
9
1
bizim.media

2Sources