EN

Yalnızlıq sizi qocaldır - Elmi araşdırma

Yalnız yaşayan və sosial təcrid hissi keçirən insanların bioloji yaşı əsl yaşlarından daha sürətlə artır. Bu nəticə “Journal of the American College of Cardiology” jurnalında dərc olunan genişmiqyaslı elmi araşdırmada açıqlanıb.

Bakuinfo xəbər verir ki, Tədqiqatda 280 mindən çox insanın məlumatları analiz olunub və müəyyən edilib ki, sosial əlaqələrin zəif olması hüceyrə səviyyəsində qocalmanı sürətləndirir. Alimlər bildiriblər ki, yalnızlıq orqanizmdə iltihabı artırır, stress hormonlarını yüksəldir və bunun nəticəsində “bioloji yaş fərqi” yaranır – yəni insanın orqanizmi təqvim yaşından daha qocadır.

Araşdırmada qeyd olunur ki, bu təsir ürək-damar xəstəlikləri, şəkərli diabet və yüksək təzyiq kimi risk faktorlarından asılı olmadan da müşahidə edilib. Yəni tək yaşamaq və sosial izolyasiya insan orqanizminə birbaşa təsir göstərir.

Mütəxəssislər hesab edir ki, sosial münasibətlərin qorunması, aktiv ictimai həyat və yaxın əlaqələrin saxlanılması sağlam yaşlanma üçün vacib amillərdən biridir.

Chosen
9
bakuinfo.net

1Sources