EN

Körpələrdə şəkərli diabetin yeni növü aşkar edilib

“Exeter” Universiteti Tibb Fakültəsi və Brüssel Azad Universitetinin alimləri körpələrdə əvvəllər məlum olmayan şəkərli diabet növünü aşkar ediblər.

Busaat.az xəbər verir ki, xəstəlik insulin istehsal edən hüceyrələrin funksiyasını tənzimləyən TMEM167A genindəki mutasiya ilə əlaqələndirilir.

Tədqiqat “Journal of Clinical Investigation” (JCI) jurnalında dərc olunub.

Altı aydan kiçik uşaqlarda baş verən diabet əsasən genetikdir. Bu halların 85%-dən çoxu anadangəlmə DNT dəyişiklikləri ilə əlaqədardır. Yeni araşdırmada müəlliflər diabetlə yanaşı epilepsiya və mikrosefaliya kimi nevroloji xəstəlikləri olan altı körpənin genetik materialını təhlil ediblər.

Bütün xəstələrdə eyni gen olan TMEM167A mutasiyasının olduğu aşkar edilib.

Yeganə

Chosen
12
busaat.az

1Sources