EN

Ayşe Barım əməliyyat olunacaq

Türkiyəli məşhur menecer Ayşe Barım əməliyyat olunacaq.

BAKU.WS xəbər verir ki, o gələn həftə açıq ürək əməliyyatı olacaq.

Menecer hazırda xəstəxanadadır. Buna baxmayaraq onun yatdığı palatada polis dayanır.

Xatırladaq ki, Ayşe ev dustaqlığı və ölkədən çıxışına qadağa qoyulması şəklində məhkəmə nəzarəti tədbiri şərti ilə azadlığa buraxılmışdı.

Lakin daha sonra yenidən həbs edildi.

Xatırladaq ki, Ayşe Barım Taksimdəki "Gezi Parkı" hadisələrini planlaşdıranlardan biri olduğu iddiası ilə "Türkiyə Respublikası hökumətini devirməyə təşəbbüsə yardım" ittihamı üzrə yanvarın 28-də həbs edilib.

Chosen
15
far.az

1Sources