Futbolçu Çində keçirilən oyun zamanı reklam lövhəsinə çırpılaraq boynunu qırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çin çempionatında çıxış edən “Guansi Pinqo” klubunun 31 yaşlı yarımmüdafiəçisi, Toqo millisinin sabiq üzvü Samüel Asamoa ağır zədə alıb.
Klub rəhbərliyi futbolçunun əl və ayaqlarında iflic qalma təhlükəsinin olduğunu bildirib.
Məlumata görə, Asamoanın karyerası ciddi risk altındadır və onun yenidən futbol oynaya bilməyəcəyi ehtimal olunur.
Xuraman Etibarlı
İnterpress.az