EN

MDB-yə 2026-cı ildə Türkmənistan sədrlik edəcək

Yazını böyüt
Yazını kiçilt

MDB orqanlarına sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçəcək.

Hafta.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən geniş tərkibdə iclasında məlumat verib. Tacikistan Prezidenti bildirib ki, Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Birliyə sədrliyin gələn ilin yanvarından başlayaraq Türkmənistana keçməsi qərara alınıb.

Yenidən üç il müddətinə Birliyin Baş katibi seçilən Sergey Lebedev qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.

Chosen
27
6
hafta.az

7Sources